Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
İlk turda səfərdə “Neftçi”dən xal alan “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Kurban Berdıyevin komandası yeni mövsümdə azarkeşləri önündə ilk qələbəsini qazanıblar.
II tura “Bank Respublika Arena”da baş tutan qarşılaşmada yekun vurulub. Turun mərkəzi oyununda ölkəmizi Konfrans Liqasında təmsil edən qəsəbə komandaları üz-üzə gəlib. Ötən tur gözlənilmədən debütantla oyunda xal itirən “Sabah”, ev oyununda növbəti xal itkisiylə üzləşib. “Zirə” Masazırda iki cavabsız qolla ikinci qələbəsini qazanıb.
Qeyd edək ki, III turun oyunları 16-18 avqust tarixlərində keçiriləcək.
	Premyer Liqa
	II tur
	11 avqust (bazar)
	“Sabah” – “Zirə” - 0:2
	Qollar: Rafael Utsziq, 50, Salifu Suma, 52
	Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
	VAR: İnqilab Məmmədov
	AVAR: Eyyub İbrahimov
	Hakim-inspektor: Rəhim Həsənov
	AFFA nümayəndəsi: Elçin Məmmədov
	“Bank Respublika Arena”
	“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
	Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 20. Coy Lens Mikels
	Baş məşqçi: Krunoslav Renduliç
	"Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka (k), 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
	Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 70. İssa Cibrila, 18. Martins Junior
	Baş məşqçi: Rəşad Sadıqov
	“Turan Tovuz” – “Sumqayıt” - 1:0 
	Qol: Xəyal Nəcəfov, 34
	Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
	VAR: Rəşad Əhmədov
	AVAR: Şirmamed Mamedov
	Hakim-inspektor: Orxan Məmmədov
	AFFA nümayəndəsi: Mübariz Hüseynov
	Tovuz şəhər stadionu
	“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con
	Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza
	Baş məşqçi: Kurban Berdiyev
	“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala, 60. Tresor Mossi
	Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva
	Baş məşqçi: Samir Abasov

            
 
_1762260863.jpg)








_1762210118.jpg)
