15 Avqust 2024, 02:15
FUTBOL
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem UEFA Superkubokunda “Atalanta” ilə qarşılaşmanın (2:0) ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat paylaşıb.
O, ikinci hissədə mübarizələrdə qalib gəlib və irəliyə yaxşı ötürmələr edərək komandasının oyununda vacib rol oynayıb. Bellinqem matçın 68-ci dəqiqəsində Kilian Mbappeyə qol ötürməsi də verib.
Qeyd edək ki, “Real” 2024-cü ildə dördüncü kubokunu qazanıb.