Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Həftənin açılış oyununda “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan “Qərb derbisi”də “Turan Tovuz” gəncəlilərin qapısından 3 cavabsız top keçirib. Bununla da, Tovuz klubu üç oyunda 7 xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb.
“Sumqayıt” isə doğma meydanda “Səbail”i qəbul edib. Oyunun sonlarında qapılara 3 qol vurulub. "Kimyaçılar" 2:1 hesabı ilə ikinci qələbəsini qazanıblar.
Qeyd edək ki, III tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq. “Qarabağ” və “Zirə”nin avrokubokların pley-off mərhələsində çıxışı səbəbi ilə III turun iki qarşılaşması – “Şamaxı” - “Qarabağ” və “Zirə” - “Araz-Naxçıvan” oyunları təxirə salınıb.
	Azərbaycan Premyer Liqası
	III tur
	17 avqust (şənbə)
	“Sumqayıt” – “Səbail” - 2:1
	Qollar: Kamran Quliyev, 87, Roi Kehat, 90+2 // Süleyman Alluş, 89
	Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
	VAR: Fərid Hacıyev
	AVAR: Rəhman İmami
	Hakim-inspektor: Zöhrab Qədiyev
	AFFA nümayəndəsi: Zümrüd Ağayeva
	M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu
	“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala
	Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 60. Tresor Mossi
	Baş məşqçi: Samir Abasov
	“Səbail”: 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (K), 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
	Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 25. Nicat Məmmədzadə, 14. Suleyman Alluş
	Baş məşqçi: Şahin Diniyev
	“Kəpəz” – “Turan Tovuz” - 0:3
	Qollar: Xəyal Nəcəfov, 15, Roderik Miller, 19, Kristian da Silva, 61
	Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev
	VAR: Rauf Cabarov
	AVAR: Vüsal Məmmədov
	Hakim-inspektor: Feyzulla Feyzullayev
	AFFA nümayəndəsi: Azər Əsgərov
	Tovuz şəhər stadionu
	“Kəpəz”: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 78. Yahor Kvalko (k), 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa
	Ehtiyat oyunçular: 1.Rojerio Santos, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 11. Orxan Əliyev, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci
	Baş məşqçi: Adil Şükürov
	“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con
	Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza
	Baş məşqçi: Kurban Berdiyev

            
 
_1762260863.jpg)








_1762210118.jpg)
