Bu gün Misli Premyer Liqasında V turun oyunlarına start verilib.
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış görüşündə "Turan Tovuz" doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlində zirvədəki yerini möhkəmləndirib.
"Araz-Naxçıvan" isə Mehdi Hüseynzadə adına stadionda "Sumqayıt"ı minimal hesabla məğlub edib.
Qeyd edək ki, V turun oyunlarına sentyabrın 1-i yekun vurulacaq.
	Premyer Liqa
	V tur
	30 avqust
	"Sumqayıt" – "Araz-Naxçıvan" - 0:1
	Qol: Miço Kuzmanoviç, 56
	Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev
	VAR: Kamal Umudlu
	AVAR: Namik Hüseynov
	Hakim-inspektor: Ramil Diniyev
	AFFA nümayəndəsi: Namiq Əliyev
	Mehdi Hüseynzadə adına stadion
	"Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala
	Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 3. Slaviça Radoviç, 99. Silvanus Nimeli, 60. Tresor Mossi
	Baş məşqçi: Samir Abasov
	"Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
	Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 10. Bernardo Dias
	Məşqçi: Rasim Ramaldanov
	"Turan Tovuz" – "Səbail” - 1:0 
	Qol: Alexandro Serrano, 33
	Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə
	VAR: Elçin Məsiyev
	AVAR: Asiman Əzizli
	Hakim-inspektor: Asim Xudiyev
	AFFA nümayəndəsi: Asif Əliyev
	Tovuz şəhər stadionu
	"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza
	Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 9. Kristian da Silva, 6. Araş Qaderi, 11. Ayxan Quseynov
	Baş məşqçi: Kurban Berdiyev
	"Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 5. Gitay Sofir, 14. Suleyman Alluş
	Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 17. Gülağa Əsədov, 10. David Qomis, 7. Madi Queta
	Baş məşqçi: Şahin Diniyev

            
 
_1762260863.jpg)








_1762210118.jpg)
