13 Sentyabr 2024, 11:08
FUTBOL
“Qalatasaray” hücumçusu Halil Dervişoğlunu yenə komandada saxlamayıb. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu Türkiyə Superliqasının başqa klubuna keçib.
İstanbul nəhəngi onu “Qaziantep”ə icarəyə verib. Dervişoğlu cari mövsümün sonuna qədər şəhərin eyniadlı komandasında çıxış edəcək.
Qeyd edək ki, Halil Dervişoğlu ötən mövsümün ikinci yarısını icarə əsasında “Hatayspor”da keçirib.