17 Sentyabr 2024, 21:26
FUTBOL
İspaniya Ali İdman Şurasının (CSD) zorakılıqla mübarizə üzrə Komissiyası sosial şəbəkələrdə "Real"ın vingeri Vinisius Juniora qarşı dəfələrlə irqçi təhqirlər yazan azarkeşi 60 min avro məbləğində cərimələməyi təklif edib.
Matc.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Bildirilir ki, pul cəriməsi ilə yanaşı, bu azarkeşə iki il müddətinə idman tədbirlərinə qatılmaq da qadağan edilə bilər.
Komissiya azarkeşi irqi zəmində nifrət salmaqda ittiham etmək üçün əsaslar aşkar edilərsə, işin prokurorluğa göndərilməsinə də razılıq verib.