“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Ayaks” heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Niderland klubu “İnter”dən ayrılan Devi Klassenlə anlaşıb.

31 yaşlı yarımmüdafiəçi yeni komandası ilə birillik müqavilə imzalayıb. Klassen “Ayaks”a azad agent kimi keçib. O, daha əvvəl 2011-2017 və 2020-2023-cü illərdə “Ayaks”ın formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu oktyabrın 24-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest