İspaniya La Liqasının prezidenti Xavyer Tebas maraqlı fikirlərlə yadda qalıb. Matc.az xəbər verir ki, o, “Barselona”nın sabiq hücumçusu Lionel Messini İspaniya çempionatı tarixinin ən yaxşısı adlandırıb.

Tebas argentinalını həm də dünyada bütün dövrlərin ən güclü futbolçusu hesab edir. Onun fikrincə, “Real” əfsanəsi Emiliano Butrageno La Liqada oynamış ən yaxşı ispandı. Tebas “Real”ı isə İspaniyanın ən yaxşı klubu qismində görür.

Qeyd edək ki, Lionel Messi 2005-2021-ci illərdə “Barselona”nın heyətində 778 oyunda 672 qol vurub, 303 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest