“Real” sağ cinah müdafiəçisi Dani Karvahala əvəzləyici axtarır. Matc.az xəbər verir ki, İspaniya klubu artıq ilk namizədini müəyyənləşdirib.

“Kral klubu” “Çelsi”nin üzvü Riis Ceymsə elçi düşüb. “Real” rəhbərliyini yalnız İngiltərə millisinin 24 yaşlı futbolçusunun zədəli olmasından narahatdı. Buna baxmayaraq, La Liqa təmsilçisi mövsümün sonunda bu transfer üçün qarşı tərəflə danışıq aparmağı planlaşdırır.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Riis Ceyms 2018-ci ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest