AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında rəsmi məlumat yayılıb.

Toplantıda I və II liqalarda keçirilən oyunlardakı neqativ hallar hüquqi qiymətini tapıb.

I Liqanın II turunda keçirilən “Qaradağ Lökbatan” - “Qəbələ” oyununun 51-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Tunar Mütəllimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Qaradağ Lökbatan” 80 manat cərimə edilib.

II Liqanın III turunun “Qusar” - “Dinamo” oyununun 12-ci dəqiqəsində “Dinamo”nun futbolçusu Elmin Qaçaylı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Dinamo” 80 manat cərimə edilib.

II Liqanın III turunun “Göygöl” - “Şəmkir” oyununun 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində adı matçın protokolunda olmayan 22 nömrəli futbolçu Araz Quliyev oyuna daxil olduğuna görə “Göygöl”ə 0:3 hesablı texniki məğlubiyyət verilib və 400 manat cərimə kəsilib.

II Liqanın III turunun “Sheki City” - “Füzuli” oyunu bitdikdən sonra “Sheki City”nin futbolçusu Eldəniz Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Sheki City” klubu 300 manat cərimə edilib.

II Liqanın III turunun “Ağdaş” - “Saatlı-Araz” oyununun 34-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Vasif Nəsirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Ağdaş” komandası 150 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest