Dani Olmo beynəlxalq fasilədən sonra “Barselona”nın heyətinə qayıdacaq. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi La Liqanın V turunda “Jirona” ilə oyunda bud nahiyəsindən zədə alıb.

O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı kollektivlə birgə məşqlərdə iştirak edə biləcək. Olmo Çempionlar Liqasında “Bavariya” (23 oktyabr) və La Liqada “Real”la (26 oktyabr) görüşlərə tam hazır olacaq. Buna qədər futbolçunun oktyabrın 20-də “Sevilya” ilə qarşılaşmada ehtiyatdan oyuna qoşulması gözlənilir.

Qeyd edək ki, Dani Olmo bu mövsüm “Barselona”nın heyətində 3 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest