"Atletiko"nun hücumçusu Antuan Qrizmanın bu ilin sentyabrında ayrıldığını elan etdiyi Fransa millisinə qayıtmağı düşünür.

"Atletiko"nun hücumçusu Antuan Qrizmanın bu ilin sentyabrında ayrıldığını elan etdiyi Fransa millisinə qayıtmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Get France Football News" paylaşıb.

Bildirilrir ki, 33 yaşlı futbolçu, millidəki çıxışlarını bitdiyini elan edəndən il yarım sonra, 2006 dünya çempionatında Fransa millisinə qayıdan və kapitanı təyin olunan üçrənglilərin keçmiş yarımmüdafiəçisi Zinəddin Zidanın hekayəsini təkrarlamağa ümid edir.

Qrizman komandaya qayıtmaq üçün Fransanın nəticələrinin pisləşməsini gözləyir.

Vurğulanır ki, son bir neçə ildə Qrizman üçrəngli formada özünü lazımsız hiss edib. Qapıçı Uqo Lorisin Fransa millisindən ayrılmasından sonra onun yox, daha gənc Kilian Mbappenin kapitan təyin olunması da futbolçunu məyus edib.

Xatırladaq ki, Qrizman Fransa millisinin heyətində bütün turnirlərdə 137 matçda iştirak edib, 44 qol vurub və 38 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest