"Brügge"nin və Yunanıstan millisinin vingeri Xristos Tzolis karyerasını Londonun "Arsenal" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, transfer artıq razılaşdırılıb və Belçika klubu Tzolisin "Arsenal"da tibbi müayinədən keçməsinə icazə verib. Bu keçid üçün londonlular 40 milyon avro ödəyəcəklər.
Yunanıstanlı futbolçunun özü yalnız "Arsenal"a keçmək istədiyindən onunla maraqlanan bir sıra digər klubların təkliflərini rədd edib.
24 yaşlı vinger 2024-cü ilin yayından "Brügge"də çıxış edir. Belçikalılar həmin vaxt bu oyunçu üçün Düsseldorf "Fortuna"sına 6,5 milyon avro ödəmişdilər.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 52 matçda 22 qol vurub və 29 məhsuldar ötürmə edib.







.jpg_1784300000.jpg)





