İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli yenidən A seriyasında oynamağa çox yaxındı. Matc.az xəbər verir ki, o, iki klubun diqqət mərkəzinə düşüb.

34 yaşlı hücumçu ilə “Cenoa” və “Torino” yaxından maraqlanır. Hər iki klub “Supermario” ilə danışıqlara başlayıb. Son qərarı Balotellinin özü verəcək.

Qeyd edək ki, Balotelli “Adana Demirspor”dan ayrılandan sonra klubsuzdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest