09 Oktyabr 2024, 17:51
FUTBOL
"Liverpul"un qapıçısı Alisson Bekkerin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, braziliyalı qolkiper 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. O bildirib ki, qayıdışı noyabrdan tez baş tutmayacaq.
Qeyd edək ki, 32 yaşlı qolkiper Premyer Liqanın 7-ci turunda "Kristal Pelas"la oyunda (1:0) zədələnmişdi.