Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində son oyununa çıxıb.

Matc.az xəbər verir ki, yığma bu dəfə Çexiya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk turda Serbiyaya 1:5 hesabı ilə məğlub olan komandamız ikinci görüşündə Hindistanı üstələyib - 16:0.

Yekunda 3 xalla qrup üçüncüsü olan milli komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Yığmamız yarımfinala gedən yolda İngiltərə seçməsi ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest