09 Oktyabr 2024, 18:34
FUTBOL
"Fənərbaxça"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən komandanı "Real"ın hücumameyilli yarımmüdafiəçisi Arda Gülər ilə gücləndirməsini istəyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS yayıb.
Söhbət qış transfer pəncərəsində futbolçunun icarəyə verilməsindən gedir. İstanbul rəhbərliyi artıq Mourinyoya söz verib ki, "Real"a müraciət edəcəklər.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 10 matçda meydanda 300 dəqiqədən az keçirən 19 yaşlı futbolçu Madrid klubunun əsas heyətinə düşməkdə çətinlik çəkir. Gülər Karlo Ançelotti üçün vacib rotasiya oyunçusudur, "Fənərbaxça" isə ona start heyətində yer vəd edir.