10 Oktyabr 2024, 01:41
FUTBOL
"Panatinaikos"un və Yunanıstan millisinin 31 yaşlı futbolçusu Corc Baldok ölü tapılıb.
Matc.az xəbər verir ki, bu barədə Yunanıstanın "Sport24" nəşri məlumat yayıb.
Bildirlrir ki, oktyabrın 9-da futbolçunun cəsədi Afinadakı evinin hovuzunda tapılıb. Baldokun bədənində heç bir xəsarət aşkar edilməyib.
Qeyd edək ki, Baldok "Panatinaikos"da bu mövsümdən çıxış edirdi.
O, Yunanıstan yığmasının heyətində ümumilikdə 12 matçda iştirak edib.