Görüş yığmamızın 1:4 hesablı məğlubiyyəti ilə nəticələnib.

Minifutbol üzrə Azərbaycanın U-23 yığması bu gün dünya çempionatında növbəti oyununa keçirib. Matc.az xəbər verir ki, Rəcəb Fərəczadənin komandası Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin yarımfinalında Çexiya ilə qarşılaşıb.

Görüş yığmamızın 1:4 hesablı məğlubiyyəti ilə nəticələnib. Azərbaycan millisi bürünc medal uğrunda matçda Slovakiya - Serbiya cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, U-23 yığmamız qrupda Çexiya və Serbiyaya uduzub, Hindistana qalib gəlib. R.Fərəczadənin yetirmələri 1/4 finalda İngiltərəni 3:0 hesabı ilə üstələyiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest