"Mançester Yunayted"in heyətində ciddi itki baş verib. Matc.az xəbər verir ki, "mankunianlar"ın sağ cinah müdafiəçisi Nussair Mazruinin ürəyində narahatlıq aşkarlanıb.

Mərakeşli futbolçuya ürək aritmiya diaqnozu qoyulub. Onun təxminən 3 həftə məşq prosesindən uzaq qalacağı bildirilib. Bu isə o deməkdi ki, 26 yaşlı müdafiəçi "Brentford", "Fənərbağça", "Vest Hem" və "Lester Siti" ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Mərakeş millisinin üzvü cari mövsümdə 10 oyunda 1 qol ötürməsi ilə diqqət çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest