12 Oktyabr 2024, 09:31
FUTBOL
Fransanın "La Şatenyer" klubunun futbolçusu Aleksis Leskay 34 yaşında anevrizma yırtığından sonra dünyasını dəyişib.
Matc.az xəbər verir ki, bu barədə "Ouest-France" məlumat yayıb.
Bildirilir ki, oktyabrın 5-də Fransa çempionatının beşinci divizionunda "Anje"nin ikinci komandası ilə görüşü zamanı Leskay huşunu itirib. Futbolçu ertəsi gün əməliyyat olub, lakin oktyabrın 10-da idmançı dünyasını dəyişib.
Qeyd edək ki, "La Şatenyer"in qarşıdakı oyunları bu faciəyə görə təxirə salınıb.