"Araz-Naxçıvan" bir günlük istirahətin ardından dünən məşqlərini bərpa edib. Matc.az xəbər verir ki, əvvəlcə doğum gününü qeyd edən Urfan Abbasova kollektiv adından təbriklər çatdırılıb, klubun icraçı-direktoru Eldəniz Yusubov tərəfindən üzərinə “300” yazılmış forma hədiyyə olunub.
Təcrübəli futbolçu VI turda “Kəpəz”lə baş tutan matçda Misli Premyer Liqasında 300-cü oyununu keçirib.
Daha sonra komanda isinmə hərəkətlərinə başlayıb, ardınca isə taktiki çalışmalar yerinə yetirib. Zədəli olan Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba məşqdə iştirak etməyib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatında növbəti oyununu səfərdə “Şamaxı”ya qarşı keçirəcək. Oktyabrın 19-da keçiriləcək görüş saat 15:30-da start götürəcək.