"Ötürmələrdə səhvə yol verdik, bundan sonra rəqibdə müəyyən imkanlar yarandı. Fasilədən sonra üzərimizə düşəni tam edə bilmədik".
"Bizim üçün çox çətin oyun keçdi. Bu, mənim yığmadakı 80-ci matçım idi. Şadam ki, belə bir görüşdə qələbə qazanmağı bacardıq”. Matc.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin futbolçusu Ondrej Duda deyib.
O, Millətlər Liqasında Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib. Duda bildirib ki, komandası ikinci hissədə verilən tapşırığı tam yerinə yetirə bilməyib: “Yığmadakı oyun və qələbə sayımın daha çox olacağına inanıram. Ötürmələrdə səhvə yol verdik, bundan sonra rəqibdə müəyyən imkanlar yarandı. Fasilədən sonra üzərimizə düşəni tam edə bilmədik. Baş məşqçimiz bizə pressinq etməyi tapşırmışdı, amma bunu tam bacarmadıq”.