15 Oktyabr 2024, 16:24
FUTBOL
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yerli azarkeşlərə yaxşı tanış olan Sezar Meza Kolli Naxçıvan təmsilçisi ilə anlaşıb.
Azad agent statusuna malik 33 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Paraqvaylı pleymeyker peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.