15 Oktyabr 2024, 17:09
FUTBOL
“Real” Antonio Rudigerdən sonra müdafiənin mərkəzini gücləndirəcək oyunçu axtarır. Matc.az xəbər verir ki, “kral klubu” “Arsenal”ın oyunçusu Villiam Salibaya döz dikib.
Ancaq madridlilərin bu arzusu çətin ki, baş tutsun. Çünki Fransa millisinin üzvü və klubu ayrılıqda maraqlı deyil. 23 yaşlı oyunçu 2027-ci ilin yayına qədər olan müqaviləsinin sonuna qədər London klubunda qalmaq fikrindədi. Bu üzdən mövsümün sonunda “Real”dan gələcək təklif rədd ediləcək.
Qeyd edək ki, Villiam Saliba 2019-cu ildən “Arsenal”da çıxış edir. O, bu illər ərzində “Sent-Etyenn”, “Nitsa” və “Marsel”də icarə əsasında oynayıb.