Avropanın ən yaxşı 5 liqasında futbolçuların zədələri əvvəlki illə müqayisədə 2023-24 mövsümündə 4% artıb. Matc.az xəbər verir ki, bununla bağlı xərclər 5% artaraq 732 milyon avro təşkil edib.

Bu, tədqiqatın aparıldığı vaxtdan bəri ən yüksək qiymətə çevrilib. Ümumilikdə ilk 5 çempionatda 4123 zədə baş verib və zədələr hər 92 dəqiqədən bir yaşanır. Hər komandaya düşən zədələrin orta sayı 43-ə çatıb. Bu da 2022-23 mövsümündən üç, 2020-21 mövsümündən 12 zədə çoxdu.

Zədələrdən ən çox təsirlənən çempionat Bundesliqadı (1255). Ardınca Premyer Liqa (915), La Liqa (862), A Seriyası (654) və Liqa 1 (437) gəlir.

Zədələrin şiddəti ümumilikdə azalıb, lakin 21 yaşadək futbolçular üçün bu rəqəm 2020-21 mövsümündən bəri 187% artıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest