16 Oktyabr 2024, 09:36
FUTBOL
Lionel Messi dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin X turunda het-triklə yadda qalıb. Matc.az xəbər verir ki, 37 yaşlı superulduz Argentina yığmasının Boliviyanı 6:0 hesabı ilə məğlub etdiyi oyunda 3 qola, 2 assistə imza atıb.
Bununla Messi karyerası ərzində het-trik sayını 58-ə çatdırıb. Bu baxımdan rekordçu olan portuqaliyalı Ronaldonun aktivində 66 het-trik var. Həmin matçların 29-da Ronaldo, 12-də isə Messi ən azı bir penalti qolu vurub.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində klubda 740, millidə isə 112 qola imza atıb.