“Oyundan həzz aldım. Zədədən sonra uşaqların yanında ola bildiyim üçün şadam”. Matc.az xəbər verir ki, bunu Slovakiya yığmasının mərkəz müdafiəçisi Lyubomir Şatka deyib.

O, Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığmasını 3:1 hesabı ilə məğlub etmələrinə münasibət bildirib.

Şatka üstün performans göstərdiklərini söyləyib: “Üç xal qazandığımız üçün sevincliyik. Fiziki cəhətdən çətin idi. Çünki Azərbaycanın cinah müdafiəçiləri çox irəli çıxırdı. Onlara çox təzyiq göstərməli olduq. Nəzarət bizdə olsa da, ardıcıl səhvlər və bərabərlik qolu rəqibi ata mindirdi. Xoşbəxtlikdən ikinci hissənin əvvəlində böyük çətinliklə üzləşsək də, işin öhdəsindən gəldik. Daha sonra təşəbbüsü ələ keçirdik. Qırmızı vərəqə və ardından iki qol bizə kömək oldu. İkinci qoldan sonra isə meydan sahibləri təslim oldu”.

Qeyd edək ki, 4 turdan sonra C liqasının I qrupunda Slovakiya və İsveç yığmaları 10 xalla ilk iki pilləni bölüşdürürlər. Xalsız qalan yığmamız isə qrup sonuncusudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest