10 Noyabr 2024, 18:36
FUTBOL
Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında 1:0 hesablı qələbəni şərh edib.
Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan" "Sumqayıt"a minimal hesabla qalib gəlib.
Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında 1:0 hesablı qələbəni şərh edib.
"10 gün ərzində üçüncü oyunumuz idi. Oyundan öncə də bilirdik ki, çətinlik yaşaya bilərik. Ağır oyun alındı. Düşünürəm ki, komandam xarakter göstərdi. Yolumuza davam edirik. Komandamı təbrik edirəm. Optimal heyət olduqdan sonra daha da rəngarəng oyun nümayiş etdirəcəyik".