Avstriyanın “Blau-Veys Linz” klubunun müdafiəçisi Silvan Vallner karyerasını başa vurub. Matc.az xəbər verir ki, İsveçrənin gənclər millisinin 22 yaşlı futbolçusunun bu addımı şok effekti verib.

Maraqlıdı ki, onun bu hərəkətinə səbəb din olub. Vallner şənbə günləri işləməyi və futbol oynamağı qadağan edən protestantlığın qollarından birinin tərəfdarıdı. Avstriya çempionatının oyunları tez-tez bu günə düşdüyündən, oyunçu artıq dinə qarşı çıxa bilməyəcəyinə qərar verib və peşəkar karyerasını başa vurub.

Qeyd edək ki, Silvan Vallner İsveçrənin U-21 millisinin heyətində 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest