"Bakıya gəlincə isə, oyunçu kimi orda iki dəfə olmuşam və hər şey çox xoşuma gəlib. Azərbaycan paytaxtdında çox qonaqpərvər əhali var və inanıram ki, hər şey yaxşı olacaq"

"Bakı gözəl şəhərdi. Son illər orda böyük və nüfuzlu idman yarışları, tədbirlər keçirilib". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Səmədov deyib.

Avropa Liqasının finalı ilə bağlı Britaniya rəsmi dairələrinin verdiyi bəyanatla bağlı fikirlərini bildirən Səmədov yerli mətbuata açıqlamasında hər şeyin gözəl olacağına inandığını bildirib: "ümumiyyətlə, təhlükəsizliklə bağlı hansısa problem görmürəm. Düşünürəm ki, hər insan yalnız özü-özünə problem yarada bilər. İnsanlar müxtəlif situasiyalarda özlərini düzgün aparmalıdırlar. Bakıya gəlincə isə, oyunçu kimi orda iki dəfə olmuşam və hər şey çox xoşuma gəlib. Azərbaycan paytaxtdında çox qonaqpərvər əhali var və inanıram ki, hər şey yaxşı olacaq. çəkinmədən Avropa Liqasının finalına gedə bilərsiniz".

Qeyd edək ki, Avropa Liqasının 2018/19 mövsümünün final oyunu mayın 29-da Bakıda keçiriləcək və həlledici görüşdə İngiltərə təmsilçiləri "Arsenal"la "çelsi" üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest