11 Fevral 2025, 10:43
MPL
“Kəpəz”lə görüş 50-ci ev oyunu olub.
Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”lə görüş “Araz-Naxçıvan” üçün əlamətdar olub. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bu matç Naxçıvan klubu üçün ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyun olub. Yubiley qarşılaşması qolsuz heç-heçə ilə nəticələnib. 100 oyunda 32 qələbə görən, 22 dəfə heç-heçə edən “Araz-Naxçıvan” 46 dəfə isə məğlubiyyətlə üzləşib.
“Kəpəz”lə görüş həm də 50-ci ev oyunu olub. Bu qarşılaşmalarda 20 qələbə, 14 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununu 2000-ci il avqustun 5-də “Qarabağ”a qarşı səfərdə (0:1), ilk ev matçını isə bir həftə sonra “Dinamo” ilə (0:0) keçirib.