“Real”ın futbolçuları bu mövsüm 30-dan çox zədə alıblar. Matc.az xəbər verir ki, son olaraq Lukas Vaskes sıradan çıxıb.

Cinah oyunçusu bud nahiyəsindən aldığı xəsarət səbəbindən təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Vaskes Çempionlar Liqasının pley-offunda “Mançester Siti” ilə görüşü buraxmalı olacaq.

2024-25 mövsümündə “Real”ın oyunçuları artıq 36 zədə alıblar ki, onlardan 26-sı əzələ zədəsidi.

Qeyd edək ki, “Mançester Siti” – “Real” oyunu sabah İngiltərədə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest