PSJ məğlubiyyətsizlik seriyasını 17 oyuna çatdırıb. Matc.az xəbər verir ki, Luis Enrikenin yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində “Brest”i darmadağın edib - 3:0.

Parislilər sonuncu dəfə noyabrın 26-da “Bavariya”ya uduzub (0:1). O vaxtdan bəri komanda 14 görüşdə qalib gəlib (Fransa Kubokunda “Lans”a qarşı penaltilər də daxil olmaqla) və 3 heç-heçə edib. 2025-ci ildə PSJ-nin aktivində 10 qələbə, 1 heç-heçə var.

Qeyd edək ki, PSJ fevralın 15-də Fransa çempionatında “Tuluza” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest