18 Aprel 2025, 17:36
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Matc.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçi Kurban Berdiyev barəsində verilən qərardan şikayətə baxılıb. Qurum Qərb bölgəsi təmsilçisinin apellyasiya şikayəti təmin etməyib.
Misli Premyer Liqasının XXX turunun "Sabah"la matçının 19-cu dəqiqəsində Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün baş məşqçinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 4000 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

            
 










