Türkiyə Superliqa komandalarından olan "Eyüpspor"un baş məşqçisi Arda Turan məşqçilik karyerasını ölkə xaricində davam etdirməyə hazırlaşır.

Matc.az xəbər verir ki, uğurlu məşqçilik karyerası ilə diqqət çəkən 38 yaşlı gənc mütəxəssis Ukrayna Premyer Liqasında çıxış edən Donetsk "Şaxtyor"u ilə müqavilə bağlamağa yaxındır.

Arda Turanın Londonda Ukrayna nəhənginin rəsmiləri ilə görüşdüyü və tərəflər arasında rəsmi danışıqların başladığı bildirilir.

Qeyd edək ki, son iki mövsümün Ukrayna çempionu olan "Şaxtyor", cari mövsümün bitməsinə 3 tur qalmış lider "Dinamo"dan (Kiyev) 10 xal fərqi ilə üçüncü pillədə qərarlaşıb.

Arda Turan isə "Eyüpspor"da ümumilikdə 80 matçda 44 qələbə, 14 heç-heçə və 22 məğlubiyyətlə orta hesabla 1,83 xal toplayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest