04 May 2025, 19:55
FUTBOL
İtaliya A Seriyasının 35-ci turunda "Montsa" evdə "Atalanta"nı qəbul edib.
Matc.az xəbər verir ki, qarşılaşma qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 12-ci dəqiqədə yarımmüdafiəçi Şarl De Ketelare açıb. 23-cü dəqiqədə o, dubl edib. Üçüncü qolu isə 47-ci dəqiqədə hücumçu Ademola Lukman vurub. 89-cu dəqiqədə yarımmüdafiəçi Marko Breşianini yekun hesabı müəyyənləşdirib - 4:0.
Qeyd edək ki, "Atalanta"nın İtaliya çempionatında keçirdiyi 35 oyundan 68 xalı var. Komanda A Seriyasının turnir cədvəlində üçüncü yerdədir. "Montsa" isə 15 xalla 20-ci yerdədir və A Seriyasında yerini qorumaq şansını itirib.