Ançelotti "Kral klubu"ndan ayrılacağını mayın son həftəsində açıqlayacaq. İtaliyalı mütəxəssis Braziliya millisinə rəhbərlik etmək qərarını da açıqlayacaq.

"Real" baş məşqçisi Karlo Ançelotti "Kral klubu"ndan ayrılacağını mayın son həftəsində açıqlayacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, italiyalı mütəxəssis Braziliya millisinə rəhbərlik etmək qərarını da açıqlayacaq. Eyni zamanda hazırda "Bayer"ə rəhbərlik edən Xabi Alonsonun da "Real"a təyinatının açıqlanacağı vurğulanır.

Qeyd edək ki, Ançelotti ikinci dəfə Madrid klubuna 2021-ci ilin yayında qayıdıb. Bundan əvvəl o, 2013-2015-ci illərdə "Kral klubun"a rəhbərlik edib. Onun rəhbərliyi altında "Real" 3 dəfə Çempionlar Liqasının, həmçinin 2 dəfə İspaniya La Liqasının və İspaniya Kubokunun qalibi olub. Ançelottinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest