04 May 2025, 13:15
FUTBOL
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp bir neçə həftə əvvəl "Real"ın rəhbərliyinə komandanın başına keçməklə bağlı şübhələri olduğunu söyləyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Hazırda almaniyalı mütəxəssis "Kral klubu"nun baş məşqçisi vəzifəsindən imtina etdiyinə görə təəssüflənir. İspan nəhənginin artıq Leverkuzen "Bayer"ini çalışdıran Xabi Alonso ilə anlaşdığı üçün Klopp bu şansını itirib.
Qeyd edək ki, mətbuatda "Real"ın hazırkı baş məşqçisi Karlo Ançelottinin mayın son həftəsində klubdan ayrılacağını açıqlayacağı barədə xəbərlər yayılıb.