04 May 2025, 11:36
FUTBOL
"Real" bu yay cinah oyunçusu Rodriqo Qoesi satmağı düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu braziliyalı futbolçu üçün start qiyməti 100 milyon avro müəyyən edib. Rodriqo ilə "Mançester Siti" və "Arsenal" maraqlanır. 24 yaşlı hücumçunun yayda "Real"ın başına keçəcəyi gözlənilən Xabi Alonso ilə söhbət etmək, komandadakı rolunu öyrənmək istədiyi, bundan sonra qərarın veriləcəyi vurğulanır.
Qeyd edək ki, bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. 24 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 100 milyon avrodur.