Türkiyə Superliqasında XXXIV turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

İstanbul derbisində "Fənərbaxça" evdə "Beşiktaş"la üz-üzə gəlib. "Qara qartallar" minimal hesablı qələbə qazananaraq, çempionluq yolunda Mourinyonun komandasına ağır zərbə vurub.

Qeyd edək ki, tura 5 mayda yekun vurulacaq.

Türkiyə Superliqası
XXXIV tur
4 may

"Samsunspor" – "Eyüpspor" - 3:0
Qollar:
Dimata, 4, 61, Mouandilmadji, 90+5

"Adana Dəmirspor" – "Göztəpə" - 1:2
Qollar:
Kol, 33 // Kanatsızkuş, 3, Nielsen, 9

"Fənərbaxça" – "Beşiktaş" - 0:1
Qol:
Fernandes, 44

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest