26 May 2019, 20:59
TOP OYUNLARI
Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turniri start götürüb. Matc.az saytı xəbər verir ki, yığmamız ilk oyununda səfərdə Belarusla qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliyalı Covanni Kapraranın çalışdırdığı komandamız Minskdəki oyunda 5 setdə ümumilikdə 64 xal toplamağı bacarıb.
Millimizin heyətində ən məhsuldar oyunçu Anastasiya Bezsonova olub. O, 15 dəfə rəqibi məyus edib. Marqarita Əzizova və Kseniya Pavlenko hərəyə 14 xal qazanıblar. Ayşən Əbdüləzimovanın 12 xalı da məğlubiyyətdən qaçmaq üçün bəs etməyib. Nelli Salbşvili və Yana Əzimova isə 4 xalla kifayətləniblər.
Qeyd edək ki, millimiz növbəti matçında 3 gün sonra Bakıda İspaniya ilə qarşılaşacaq.