"Sportinq"in hücumçusu Viktor Qyökereşin Londonun "Arsenal" klubuna keçmə ehtimalı yüksəkdir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, isveçli futbolçu artıq "topçular"la müqavilənin şərtlərini razılaşdırıb. Üstəlik, o, digər komandalardan gələn təklifləri nəzərdən keçirmək fikrində olmadığını "Sportinq" rəhbərliyinə bildirib.

Qeyd edək ki, Qyökereş 2023-cü ildən Portuqaliya klubunun rənglərini qoruyur. Bu müddət ərzində o, 102 oyun keçirib, 97 qol vurub və 28 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest