07 İyul 2025, 00:52
FUTBOL
"Əl-Nəsr"in kolumbiyalı hücumçusu Con Duran 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında "Fənərbaxça"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı kolumbiyalı 2025-ci ilin yanvarında 77 milyon avroya "Aston Villa"dan "Əl-Nəsr"ə keçib. Onun Səudiyyə Ərəbistanında illik maaşı 22 milyon dollardır (18,8 milyon avro). Ötən mövsüm Duran Səudiyyə Ərəbistanı Pro Liqasında 13 matçda 8 qol vurub.
Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına kimi qüvvədədir. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.