"Atletiko" və Argentina millisinin mərkəz yarımmüdafiəçisi Rodriqo De Paul karyerasını "İnter Mayami"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sportskeeda" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu bu yay De Paulu satmaq istəyir, çünki onun müqaviləsi 2026-cı ilin yayına qədərdir və onlar argentinalı ilə yeni müqavilədə razılığa gələ bilməyiblər. Baş məşqçi Dieqo Simeonenin De Paulu saxlamaq istəyinə baxmayaraq, klub 31 yaşlı yarımmüdafiəçini cəmi 15 milyon avroya getməsinə razıdır.
"İnter Mayami" bundan yararlanmaq istəyir. De Paulu 2026-cı il dünya çempionatına bir il qalmış argentinalı komanda yoldaşı Lionel Messi ilə yenidən bir araya gətirmək istəyir.
Qeyd edək ki, yarımmüdafiəçi 2021-ci ilin yayından "Atletiko"da çıxış edir. De Paulu ötən mövsüm bütün turnirlərdə 53 matçda 3 qol vurub və 10 məhsuldar ötürmə edib.