Braziliyalının "Botafoqo" klubunun qapıçısı Con Viktor "Mançester Yunayted"ə keçə bilər.
Matc.az xəbə verir ki, bu barədə "Sport Witness" məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı braziliyalı klublararası dünya çempionatında uğurlu çıxışı ilə "qırmızı şeytanlar"ın diqqətini çəkib.
Viktorun müqaviləsində satın alma variantı var ki, bu da onlara futbolçu ilə müqavilə bağlamağa və klubla danışıqlara vaxt itirməməyə imkan verir. Bununla belə, kompensasiyanın məbləği məlum deyil. Bəzi mənbələrə görə, bu, 6,7 milyon avrodur. Digər məlumatlara görə, bu, əhəmiyyətli dərəcədə çoxdur.
Qeyd edək ki, "Botafoqo" klublararası dünya çempionatında "Palmeyras"a uduzduğu (əlavə vaxt 0:1) 1/8 finala qədər yüksələ bilib. Con Viktor dörd oyunun hamısında iştirak edib və 3 qol buraxıb.