30 İyul 2025, 11:13
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
“Neftçi” hücumçu transferini həyata keçirib.
Matc.az xəbər verir ki, Lüksemburq millisinin futbolçusu Alessio Kurçi artıq “Neftçi” ailəsinin üzvüdür. 23 yaşlı forvardla 3 illik müqavilə bağlanıb.
Futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.

            
 










