"Kəpəz" yoxlama oyununda "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükür matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda  bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı. Hər mövqedə çatışmazlıqlar var. Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik. Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest