Byalobjeq şəhərində yerləşən “Mieyski” stadionunda baş tutan oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Yeni mövsümün hazırlığını Polşanın Keltse şəhərində davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Kiprin AEL klubu ilə üz-üzə gəlib.

Byalobjeq şəhərində yerləşən “Mieyski” stadionunda baş tutan oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb. Bakı klubunun heyətində qolları Bassalu Sambu və Ramil Şeydayev vurub. 

Qeyd edək ki, "Neftçi" Polşada iki hazırlıq matçı keçirib. "Ağ-qaralar" "Hapoel" (Tel-Əviv, İsrail) və "Termalitsa Nyeçetşa" (Polşa) ilə heç-heçə edib. "Ağ-qaralar"ın "Asteras Tripolis"lə oyunu isə güclü yağışa görə təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest