"Komo" klubunun hücumameyilli yarımmüdafiəçisi Dele Alli karyerasını bitirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı ingilis komanda ilə toplanışa getməyib və hazırda əsas heyətdən kənardadır.

Xatırladaq ki, Alli Komoya 2025-ci ilin yanvarında keçib, lakin debüt matçında qırmızı vərəqə alaraq meydanda cəmi 9 dəqiqə keçirib. Bundan sonra o, rəsmi oyunlarda iştirak etməyib.

Yarımmüdafiəçinin karyerasının zirvəsi "Tottenhem"dəki çıxışları zamanı olub. O, "Tottenhem" və "Komo"dan başqa "Everton" və "Beşiktaş"da da çıxış edib. Dele İngiltərə millisində 37 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest